Modern.az

Kabildə partlayış: Ölənlər var

Kabildə partlayış: Ölənlər var

Dünya

13 Noyabr 2021, 19:10

Əfqanıstanın paytaxtı Kabilin şiələrin sıx yaşadığı ərazidə mikroavtobusa quraşdırılmış bomba partlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli mənbələrə istinadən yazıb.

 

Adının çəkilməsini istəməyən “Taliban” rəsmisi bildirib ki, Kabilin qərbindəki Daşt-e Barçi bölgəsində baş verən partlayışda 6 nəfər ölüb, ən azı 7 nəfər yaralanıb.

 

Hadisəyə görə məsuliyyəti hələ heç bir qrup öz üzərinə götürməyib. Bölgədə tez-tez İŞİD-in hücumlarına məruz qalan şiə həzaralar sıx məskunlaşıb.

 

“Taliban”ın sözçüsü Zabihullah Mücahid bildirib ki, Daşt-e Barçi bölgəsində ən azı bir mülki şəxs ölüb, iki nəfər yaralanıb. O, tvitində bildirib ki, araşdırma aparılır.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır