Modern.az

Dünyanın hidrogenlə işləyən ən böyük SES-i

Dünyanın hidrogenlə işləyən ən böyük SES-i

13 Noyabr 2021, 22:15

Cənubi Koreyanın İnçeon şəhərində dünyanın hidrogenlə işləyən ən böyük elektrik stansiyası (SES) istifadəyə verilib.

 

Modern.az xəbər verir ki, bu barədə “NewAtlas” nəşri yazıb.

 

SES-in tikintisi və istismarı "Doosan Fuel Cell" tərəfindən həyata keçirilir.

 

"Shinincheon Bitdream" adlanan elektrik stansiyası 78,96 MVt-a qədər elektrik enerjisi istehsal edir və eyni zamanda yaxınlıqdakı mayeləşdirilmiş təbii qaz elektrik stansiyasından atılan mikrohissəcikləri təmizləyir.

 

Obyekt 250 000-ə qədər ev təsərrüfatını elektrik enerjisi, 44 000-ə qədər evi isə istiliklə təmin edəcək. Hava təmizləmə sistemi ildə 24.000 tona qədər tozu udmaq qabiliyyətinə malikdir. Elektrik stansiyası 292 milyon dollara başa gəlib.

 

Elektrik stansiyasının istismarı üçün istifadə edilən hidrogenin mənbələri barədə məlumat verilmir, lakin yaxın vaxtlarda obyekti "yaşıl" yanacaqla təmin etmək üçün maye hidrogen istehsalı zavodu tikiləcək. 

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər