Modern.az

Terrorçular nigeriyalı generalı ÖLDÜRDÜ

Terrorçular nigeriyalı generalı ÖLDÜRDÜ

14 Noyabr 2021, 00:14

İŞİD terror təşkilatının Afrikadakı qolu Nigeriya ordusunun biri general olmaqla 4 hərbçisini öldürüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" yerli mənbələrə istinadən yazıb.

 

ISWAP adlanan silahlılar beş il əvvəl Boko Haramdan ayrılaraq İŞİD-ə qoşulub və Nigeriya silahlı qüvvələrinə qarşı döyüşür.

 

Nigeriya ordusunun sözçüsü Onyema Nvaçukvu bildirib ki, hərbçilər Borno əyalətində ISWAP terrorçuları ilə qarşılaşıb, burada şiddətli döyüş baş verib və bir neçə yaraqlı öldürülüb.

 

"Təəssüf ki, cəsarətli yüksək rütbəli zabit briqada generalı Dzarma Zirkusu və üç əsgər həlak olub".

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər