Modern.az

Qəddafinin oğlu prezident olmaq istəyir

Qəddafinin oğlu prezident olmaq istəyir

Dünya

14 Noyabr 2021, 18:39

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi prezident seçkilərində namizəd olmaq üçün müraciət edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Səbha şəhərindəki seçki komissiyasına gedərək, namizədlik üçün sənədlərini təqdim edib.

 

Bildirilib ki, seçki mərkəzinə şəxsən gedən S.Qəddafi 2011-ci ildə atasının hakimiyyətdən salınmasından bəri ilk dəfə ortaya çıxıb.

 

S.Qəddafi Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən insanlıq əleyhinə cinayət törətmək ittihamı ilə axtarılır.

 

Liviya Hərbi Prokurorluğu da Seyfülislam haqqında “cinayət” və “muzdlu əsgərlərdən istifadə” ittihamları ilə saxlanılma qərarı çıxarmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir