Modern.az

Baydenin reytinqi yenə DÜŞDÜ

Baydenin reytinqi yenə DÜŞDÜ

14 Noyabr 2021, 21:12

Amerikanın “Washington Post” qəzeti və "ABC News" tərəfindən keçirilən sorğuda respondentlərin 53 faizi Baydenin prezidentliyini bəyənmədiklərini bildirib.

 

Modern.az xəbər verir ki, respondentlərin 6 faizi heç bir fikir bildirməsə də, yalnız 41 faizi Baydeni bəyənib.

 

Noyabrın 7-dən keçirilən sorğuda 1001 nəfər iştirak edib.

 

Baydenin prezidentliyi vəzifəyə gəldikdən üç ay sonra keçirilən sorğularda 52 faiz olduğu halda, iyunda bu göstərici 50 faizə, sentyabrda isə 44 faizə düşüb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?