Modern.az

Hindistana ilk S-400 sistemi VERİLDİ

Hindistana ilk S-400 sistemi VERİLDİ

14 Noyabr 2021, 21:47

Rusiya Hindistana S-400 zenit-raket komplekslərinin ilk partiyasını təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayev Dubayda keçirilən aerokosmik sərgidə məlumat yayıb.

 

Hindistana raket kompleksinin çatdırılmasını ehtiva edən müqavilə 2018-ci ildə imzalanıb.

 

Çinlə sərhəd münaqişələri olan Hindistanın Rusiya ilə bağladığı müqavilənin ümumi dəyəri 5.5 milyard dollardır.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı