Modern.az

Belarus “İskəndər” raketləri almaq istəyir

Belarus “İskəndər” raketləri almaq istəyir

15 Noyabr 2021, 00:21

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın “İskəndər” raket sistemlərini ölkənin cənubunda və qərbində yerləşdirməsini istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Milli Müdafiə” jurnalına müsahibəsində məlumat verib.

 

O bildirib ki, Belarusun 500 kilometrə qədər məsafə qət edə bilən və adi və ya nüvə başlıqlarını daşıya bilən “İskəndər” mobil ballistik raket sisteminə ehtiyacı var.

 

“Mənə qərbdə və cənubda bir neçə diviziya lazımdır, orada dursunlar”, - deyə Lukaşenko bildirib.

 

Lukaşenko raket sisteminin alınması ilə bağlı Moskva ilə hər hansı danışıqların olub-olmaması barədə heç bir məlumat verməyib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür