Modern.az

Prezident iqamətgahının fotosunu çəkənlər həbs edildi

Prezident iqamətgahının fotosunu çəkənlər həbs edildi

Dünya

15 Noyabr 2021, 09:21

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahının foto və videosunu çəkən iki İsrail vətəndaşı saxlanılıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, saxlanılan şəxslər israilli cütlük Natali və Mody İstanbul Üsküdarda fəaliyyət göstərən Küçük Çamlıca Radio və Televiziya qülləsinin restoran mərtəbəsindən iqamətgahın foto və videosunu çəkiblər.



Çəkilən foto və videonun “Ailə” adlı bir qrupa göndərildiyi məlum olub.

 

Türkiyə Təhlükəsizlik qüvvələri İsrail vətəndaşlarını "siyasi və hərbi casusluq" ittihamı ilə həbs edib. Onların həbsi İsraildə böyük səs-küyə səbəb olub. İsrail höküməti saxlanılan şəxslərin cəsus olması ilə bağlı ittihamları rədd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar