Modern.az

Azərbaycan iqtisadiyyatına 300 milyard dollar pul qoyulub - Nazir

Azərbaycan iqtisadiyyatına 300 milyard dollar pul qoyulub - Nazir

15 Noyabr 2021, 11:05

“1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub”.

 

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

 

Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir:

 

“O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard ABŞ dolları investisiyanın 6,3 milyard ABŞ dollarından artıq yatırılıb”.

 

 

Nazir deyib ki, bu il Azərbaycan iqtisadiyyatına həcminə görə, 2019-cu ildəki səviyyəni üstələyəcək, ölkənin strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula (ÜDM) nisbəti 108 % təşkil edəcək, bü da xarici dövlət borcundan 6,1 dəfə çoxdur. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər