Modern.az

Qarabağ ermənilərinin sabaha inamı ÖLÜB

Qarabağ ermənilərinin sabaha inamı ÖLÜB

15 Noyabr 2021, 11:44

Rusiyanın RBC kanalının saytında Qarabağdan reportaj yayımlanıb. Reportajda erməni əhalisinin və separatçıların necə yaşadıqları, gələcəyə necə baxdıqlarına dair maraqlı məlumatlar yer alır.


- Ermənilərin Qarabağa qayıtması problem olaraq qalır: separatçı rejimdə iki mənbə RBC-ya deyir ki, “əhalinin qayıtması qondarma rejimin də sağ qalması baxımından mühüm məsələdir, əgər insanlar orada yaşamaq istəmirlərsə, bura Ermənistana lazım olmayan torpaq olacaq”;


- Ermənistandan 27 minə qədər “Qarabağ ermənisi” var və onlar qayıtmaq niyyətində deyillər: İrəvanın kənarında yaşayan Mikaelyan ailəsi deyir ki, “Qorxudan qayıtmırıq. Oranın (qondarma “dqr”) statusu yoxdur. Bu gün ruslar oradadır, bəs sabah? 4 ildən sonra orada necə olacaq?”;


- İqtisadi müflisləşmə səbəbindən ermənilər tamamilə bölgəni tərk edə bilərlər: separatçı-terrorçu rejimin qondarma “iqtisadiyyat və kənd təsərrüfatı naziri” Armen Tovmasyan deyir ki, “müharibədən sonra gəlirlər kəskin azalıb, gələn il daha da azalacaq”.


- Elektrik enerjisində ciddi problemlər yaranıb: müharibədən öncə separatçıların işğal olunmuş torpaqlarda 36 su elektrik stansiyasını istismar edirdi, indi bunun 29-dan məhrum olublar;

Tovmasyan deyir ki, “hazırda Ermənistandan asılı vəziyyət yaranıb, lakin gələn xəttin gücü yetərli deyil, tez-tez elektrik enerjisi kəsilir”; bununla yanaşı, su təminatında problemlər var;


- Müharibədən sonra müəyyən tikinti işləri aparılır və qondarma nazir Tovmasyan etiraf edir ki, “bunun üçün pulun bir hissəsi diaspordan, əsasən də Rusiyadan gəlir”;


- Ermənistan bankları Qarabağdakı ermənilərə kredit vermir: Tovmasyan bu faktı təsdiq edir və bildirir ki, “buna səbəb müharibədən sonra yaranmış vəziyyət, eləcə də əhalinin borclarıdır”.

 
Asif Nərimanlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi