Modern.az

Ərdoğan Tehrana gedəcək

Ərdoğan Tehrana gedəcək

Dünya

15 Noyabr 2021, 14:12

Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan Tehrana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, görüş zamanı ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunub:

 

“Regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Diqqət mərkəzində olacaq ən mühüm regional məsələlər Suriya və Qarabağ idi. Son bir neçə həftə ərzində İran-Türkiyə münasibətləri yeni işğaldan azad edilmiş Qarabağ bölgəsində baş verən hadisələrə görə gərginləşmişdi. Amma bundan sonra Türkiyə Prezidentinin Tehrana səfəri zamanı iki ölkənin əməkdaşlığını artırmaq üçün addımlar atılacaq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!