Modern.az

Rusiya var deyə Türkiyə Azərbaycandan QAÇMAYACAQ

Rusiya var deyə Türkiyə Azərbaycandan QAÇMAYACAQ

15 Noyabr 2021, 16:06

“Əvvəlcə Qarabağ müharibəsini düzgün analiz etmək lazımdır. Qarabağ müharibəsi Azərbaycanın məğlub olması üzərinə hesablanmış bir oyun idi. Sonda bu oyunu Azərbaycan və Türkiyənin işbirliyi pozdu. İndi isə oyunu pozulanların istədikləri olmadığından danışıqları uzatmaq, təxribat törətmək niyyətləri başa düşüləndir. Bir də hazırda həmin birlikdə olan ölkələrin “həzm” problemləri var. Qarabağdakı qələbəni həzm edə bilmirlər”.

 

Bu sözləri Modern.az-a açıqlamasında Terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar deyib.

 

Onun sözlərinə görə, Ermənistanın təxribat törətməsinin səbəbi fərqlidir:

 

“Azərbaycan və Türkiyə Qarabağ üzərindən geosiyasi reallıq yaratdı. Bunu həmçinin müqavilə ilə rəsmiləşdirdilər. Hətta bunun altına imzalar da atıldı. Bu, diplomatik və siyasi mübarizəyə qarşılıq idi”.

 

 

Ekspert deyib ki, hazırda müşahidə olunan təxribatların iki səbəbi var:

 

“Birincisi, xalq arasında revanşist qüvvələrdir ki, hələ də reallıqla barışa bilmir. İkinci isə Ermənistanın Rusiya ilə birlikdə razılaşıb bölgədə vəziyyəti öz xeyirlərinə dəyişmək istəkləridir. İkincisi də yeni müharibəyə qədər gedə bilər. Bundan başqa Türk Dövlətləri Təşkilatından da kimlərsə narahat ola bilər. Bu da özünü Kəlbəcər, Laçın və Şuşada olan təxribatlarında göstərdi”.

 

 

“Azərbaycan və Türkiyə arasındakı başlanan müqavilənin şərtləri də yerinə yetirilir. Türkiyə hər zaman Azərbaycanın yanındadır.

Rusiya həmçinin hər şeyə müdaxilə etməyi sevən bir ölkədir. Müharibə zamanı necə müdaxilə etdiyini hər kəs gördü. Sonra da özünün məsələyə daxil olduğunu görürük. Amma heç zaman Rusiya var deyə Türkiyə qaçmayacaq. Ora Azərbaycan torpağıdır və Türkiyə də bunun üçün həmişə mübarizə aparacaq”, - deyə ekspert bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir