Modern.az

Azərbaycan polisi Gorus-Qafan yolunda - FOTOLAR

Azərbaycan polisi Gorus-Qafan yolunda - FOTOLAR

15 Noyabr 2021, 16:40

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunmuş ərazilərdə xidmətini davam etdirir.

 

Modern.az xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Gorus-Qafan yolunda xidmət aparan polis əməkdaşlarının fotolarını sosial şəbəkə hesabında paylaşıb.

 

"Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunan bütün ərazilərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin keşiyindədir. Qarabağ Azərbaycandır!", - deyə o paylaşımında qeyd edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu