Modern.az

6 yaşlı musiqiçi Parisdəki KONSERTDƏ

6 yaşlı musiqiçi Parisdəki KONSERTDƏ

Diaspor

15 Noyabr 2021, 17:10

Paris şəhərində keçirilən “Nouvelles Etoiles” Beynəlxalq müsabiqə-festivalının qala-konsertində 6 yaşlı azərbaycanlı violin ifaçısı Dilşad Fərhadzadə çıxış edib.

 

Modern.az xəbər verir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasından bildirilib ki, soydaşımız müsabiqədə “Simli və nəfəsli orkestr alətləri” nominasiyası üzrə 3-6 yaşlı uşaqlar kateqoriyasında birinci yer tutduğuna görə bu etimada layiq görülüb. Konsertdə Dilşad Fərhadzadəni “ARTIMA” kamera orkestri müşayiət edib. 

 

Dilşad Fərhadzadə hazırda Bakıdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin I sinif şagirdidir. Onun müəllimi Lalə Hüseynovadır.        

 

Qeyd edək ki, “ARTIMA” Beynəlxalq Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutan müsabiqədə iştirakçıların ifasını Paris, Brüssel, Moskva və Novosibirsk ali musiqi məktəblərinin professorlarından ibarət münsiflər heyəti qiymətləndirib. Layihə istedadlı uşaqlara və yeniyetmələrə peşəkar dəstəyin göstərilməsi, Fransa və digər dövlətlər arasında yaradıcı əməkdaşlıq çərçivəsində əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilir. 

 

Balaca musiqiçimizin qala-konsertindəki çıxışını aşağıdakı linkdən izləmək mümkündür:

 

//ne-np.facebook.com/106534109678462/videos/2276690719138454/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir