Modern.az

Lukaşenko Merkellə miqrant böhranını müzakirə etdi

Lukaşenko Merkellə miqrant böhranını müzakirə etdi

15 Noyabr 2021, 22:38

Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Almaniya kansleri səlahiyyətlərini icra edən Angela Merkel arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun “Belta” xəbər agrntliyi yazıb.

 

50 dəqiqə davam edən telefon danışığı zamanı tərəflər ilk növbədə Belarus-Polşa, Belarus-Litva və Belarus-Latviya sərhədlərində qaçqınlarla bağlı vəziyyət müzakirə edib.

 

Söhbətdə sərhəddə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün miqrasiya probleminin həlli yollarına və perspektivlərinə toxunulub. Belarus prezidenti ilə Merkel qaçqınlara humanitar yardımın göstərilməsi barədə fikir mübadiləsi aparıblar.

 

Ölkə liderləri vəziyyəti həll etmək üçün gələcək təmaslar barədə razılığa gəliblər.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir