Modern.az

Makron və Putin arasında Qarabağ MÜZAKİRƏSİ

Makron və Putin arasında Qarabağ MÜZAKİRƏSİ

Dünya

15 Noyabr 2021, 23:48

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə “France Press” agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, liderlər Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə ediblər.

 

Prezidentlər Qarabağ məsələsi ilə bağlı da fikir mübadiləsi aparıb.

 

Rusiya prezidenti Fransa liderini əmin edib ki, Moskva Qarabağda vəziyyətin sabitləşməsi üçün addımlar atmağa və Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmaları ardıcıl şəkildə həyata keçirməyə davam edəcək.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı