Modern.az

Borrell Belarus XİN başçısı ilə qaçqınları müzakirə etdi  

Borrell Belarus XİN başçısı ilə qaçqınları müzakirə etdi  

16 Noyabr 2021, 00:11

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cosep Borrel Belarusun xarici işlər naziri Vladimir Makey Belarus-Polşa sərhədindəki qaçqınların vəziyyətini müzakirə edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Borrelin özü məlumat yayıb.

 

Borelin sözlərinə görə, Makkay Belarus-Polşa sərhədindəki qaçqınların vəziyyətinə görə məsuliyyəti öz üzərinə götürməkdən imtina edib.

 

"Biz həmin insanlara humanitar yardımdan danışdıq, onların repatriasiyası haqqında danışdıq, lakin Belarus tərəfi məsuliyyəti öz üzərinə götürməkdən imtina etdi", - deyə Borrel qeyd edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər