Modern.az

Türkiyədə yetkin əhalinin 80%-i tam peyvəndlənib

Türkiyədə yetkin əhalinin 80%-i tam peyvəndlənib

Dünya

16 Noyabr 2021, 00:35

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 215 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 350 933 nəfərdən test götürülüb, onların 23 852-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 25 258 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 90,01 %-nə bir doza, 80,08 %-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü