Modern.az

Yuri Lujkov Moskva bazarlarını bağlayır

Yuri Lujkov Moskva bazarlarını bağlayır

18 Fevral 2010, 19:32

Moskva meri Yuri Lujkov yaxın vaxtlarda paytaxtdakı bütün bazarların bağlanması təşəbbüsü ilə çıxış edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  mer 2009-cu ildə istehlak bazarına nazərat departamentinin fəaliyyətinə həsr olunmuş bugünkü iclasda çıxışı zamanı bu cür  bazarların qeyri-sivil olduğunu deyib. “Biz bu bazarları bir-birinin ardınca ləğv etməliyik”,-deyə Lujkov bildirib. O, paytaxtda sonuncu bazarın ləğv olunması tarixinin müəyyən olunduğu proqramın işlənib hazırlanması barədə depatament rəhbərliyinə tapşırıq verib. Merin sözlərinə görə, sivil ticarət həmişə bazarlara məğlub olacaq. Mer icazəsiz fəaliyyət göstərən bütün mağazaların söküləcəyini bildirib.

Lujkovun daha bir bəyanatı miqrantlar ilə bağlıdır. Onun sözlərinə görə, Moskvada əmək miqrantlarının 80 faizi ayrılmış kvotadan kənardır. Yalnız 20 faiz miqrant Moskvada əmək kvotası xətti  məşğuldur, digərləri isə başqa vasitələrdən istifadə edir. Lujkova görə, paytaxtda 200 min kvota üzrə işləyən miqrant var, 800 min miqrant isə qanunsuzdur. Merə görə, məhz 800 min miqrant paytaxtda törədilən cinayətlərin yarısını yaradır. Mer paytaxtdakı cinayətlərin 46 faizinin miqrantlar tərəfindən törədildiyini deyib.

 

Qeyd edək ki, Moskva merinin bazarları bağlamaq təşəbbüsü  paytaxtın bütün bazarlarında ticarətlə məşğul olan azərbaycanlıların da maraqlarına toxunur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir