Modern.az

İran prezidentinin namizədi Məclisdə səs toplaya bilmədi

İran prezidentinin namizədi Məclisdə səs toplaya bilmədi

16 Noyabr 2021, 12:42

İran prezidenti İbrahim Rəisi “Bu gün mən ölkənin problemlərinin həllinə həmişəkindən daha çox ümid edirəm” deyib.

İran prezidenti İbrahim Rəisi təhsil naziri olaraq təklif etdiyi namizəsi müdafiə etmək üçün bu gün İslami Şura Məclisində çıxış edib.

Modern.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, təhsil naziri postuna namizədin Məsud Fəyyazi olduğunu deyən prezident  onu ləyaqətinə görə seçdiklərini vurğulayıb.

Yeni hökumətin qurulmasından 83 gün keçdiyini xatırladan Rəisi "bu gün ölkənin problemlərinin həlli üçün hər zamankindən daha çox ümidliyəm" deyib.

Koronavirusla mübarizədə hökumətin həyata keçirdiyi işlərə toxunan prezident xatırladıb ki,  bu günə qədər insanlara 100 milyondan çox doza vaksin vurulub.

Hökumətin neft satmaq və ölkənin ehtiyac duyduğu büdcəni təmin etmək səyləri ilə bağlı danışan Rəisi deyib: "Bu məsələlər uğurla izlənilir və maliyyə aktivlərimiz artır. Bu, iqtisadi sahədə müsbət addımlar ata biləcəyimizi göstərir".


Daha sonra iclasda prezidentin 13-cü hökumətdə yer tutması üçün təhsil naziri postuna namizədin  proqramları araşdırılıb və etimad səsverməsi keçirilib.

290 millət vəkilinin olduğu Məclisdə Fəyyazi 115 lehinə, 140 əleyhinə və 5 bitərəf səslə kabinetə daxil edilməyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər