Modern.az

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

16 Noyabr 2021, 23:21

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 227 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 356 514 nəfərdən test götürülüb, onların 25 101-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 27447 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 90,07 %-nə bir doza, 80,20 %-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir