Modern.az

Sərhəddəki döyüşdə şəhid olan İGİDLƏRİMİZ

Sərhəddəki döyüşdə şəhid olan İGİDLƏRİMİZ

Reportaj

17 Noyabr 2021, 12:02

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumata görə, döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz da yaralanıb.

Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.

Modern.az şəhid olmuş hərbçilərimizin fotolarını təqdim edir: 


Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu - Göyçə mahalı Zod kəndi;

 
Leytenant Niftəliyev Ümüd Oruc oğlu - Naxçıvan Babək rayonu Nehrəm kəndi;
 

 
Əsgər Əliyev Elçin Ramil oğlu - Şirvan;
 

 
Əsgər Əlizadə Elmin Samir oğlu - Mingəçevir;

 

Gizir Cabbarov Orxan Hətəm oğlu - Quba;

 

Əsgər Ağayev Elçin Mərifət oğlu;

 

Əsgər Xəlilov Murad Qalib oğlu - Şəmkir rayon Çinarlı qəsəbəsi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!