Modern.az

Rusiya, Fransa və ABŞ Paşinyanın əlini gücləndirməyə ÇALIŞIR

Rusiya, Fransa və ABŞ Paşinyanın əlini gücləndirməyə ÇALIŞIR

17 Noyabr 2021, 12:38

“Ermənistan atəşkəsi pozaraq Azərbaycanı sıxışdırmağa çalışırdı. Baş nazir Nikol  Paşinyan Moskvada Vladimir Putinin naviqatorluğu ilə keçirilməsi planlaşdırılan görüşü təxirə salıb boykot yolunu tutdu. Onun təxribatları nəticəsində üçtərəfli görüş hələ də baş tuta bilmir”.


Bu sözləri politoloq Qabil Hüseynli son günlər ölkəni gündəmini zəbt edən erməni hərbi təxribatları barədə Modern.az-a danışarkən bildirib.


Onun fikrincə, Ermənistan yenidən müharibəyə başlamaq üçün təlimlər keçirdi:


“Ermənistanda hərbi-siyasi vəziyyət həddindən artıq gərgindir. Erməni cəmiyyəti başdan-başa xaos içindədi. Bu xaosda həm hakimiyyət, həm də əhali lazım olan addımı atmır. Əhali hakimiyyətə təsir göstərməyə çalışır.

Paşinyan bir daha ciddi yanlışlığa yol verdi. Ermənistan yenidən müharibəyə başlamaq üçün altdan-altdan təlimlər keçirdi, texniki baxışlar etdi. Düşmən 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatı pozmaqla Azərbaycanı anti-terror əməliyyatı keçirməyə vadar edir”.


Politoloq Rusiya, Fransa və Amerika rəhbərlərinin erməniləri təcavüzkar cəmiyyətə çevirdiyini vurğulayıb:


“Ermənistanda siyasi böhrana bənzər vəziyyət yaranıb. Mənim zənnimcə,  Rusiyanın müəyyən dairələri istəyir ki, üçtərəfli görüşə Paşinyan əlini gücləndirmiş, Azərbaycan üzərində müəyyən təzyiq eləmentləri yaratmaqla gəlsin.


Ermənilər Kəlbəcər, Laçın istiqamətində ordumuzun mövqelərinə ağır texnika ilə atəş açdılar. Amma bu dəfə də onların təxribatı gözlədikləri nəticəni vermədi. Paşinyanın ard-arda etdiyi bu səhvlərlə əhalini öz üzərinə ayağa qaldırır.


Yenə dövriyyəyə Rusiya girdi. Rusiya bu dəfə Azərbaycan prezidenti ilə yox, Fransa prezidenti ilə danışıq apardı. Demək lazımdır ki, Rusiya, Fransa və Amerika ermənilərə qızışdırıcı təsir edir, Paşinyanı təcavüzkar rəhbərə çevirir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub