Modern.az

Universitetdə tüstüləmə - Tələbələr təxliyə edildi

Universitetdə tüstüləmə - Tələbələr təxliyə edildi

Təhsil

17 Noyabr 2021, 12:55

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tüstülənmə olub.

 

Modern.az-ın məlumatına görə, hadisə ilə bağlı təhlükəsizlik məqsədilə tələbələr təxliyə edilib.

 

Məsələ ilə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov mətbuata açıqlamasında bildirib ki, hadisə universitetin ikinci korpusunda baş verib:

 

"Zibil qutusunun içindəki kağızlar yandığı üçün bir neçə dəqiqə tüstü olub və dərhal söndürülüb. Yaşanan hadisə tədris prosesinə mane olmayıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı