Modern.az

Rüstəm Muradov təcili İrəvana göndərildi

Rüstəm Muradov təcili İrəvana göndərildi

17 Noyabr 2021, 13:50

Rusiya sülhməramlılarının keçmiş komandiri, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun olduğu təyyarə bir neçə saatdan sonra Ermənistana enəcək.

 

Modern.az xəbər verir ki, bu  barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, istirahətdə olan Muradov dünənki döyüşlər nəticəsində əsir düşənlərin Ermənistana qaytarılması və hərbi eskalasiyanın qarşısını almaq üçün təcili olaraq Ermənistana göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?