Modern.az

Muradovun təyyarəsi Bakıdan İrəvana uçdu

Muradovun təyyarəsi Bakıdan İrəvana uçdu

Qarabağ

17 Noyabr 2021, 20:00

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun təyyarəsi Bakıdan İrəvana uçuş edib.

 

Modern.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

 

Təyyarənin göyərtəsində sərhəddə baş vermiş döyüş əməliyyatları zamanı öldürülən erməni hərbçilərin meyitlərinin olduğu ehtimal edilir. Məlumata görə, təyyarədə sərhəddə törətdikləri təxribatlar zamanı ələ keçirilən erməni hərbçilər yoxdur. 

 

Bildirilir ki, Muradov tərəflər arasında silahlı insidentlərin qarşısının alınması mexanizminin hazırlanması istiqamətində danışıqlar aparacaq. 

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir