Modern.az

Merkel Lukaşenko ilə yenidən DANIŞDI

Merkel Lukaşenko ilə yenidən DANIŞDI

17 Noyabr 2021, 20:51

Almaniya kansleri Angela Merkel çərşənbə günü Belarus prezidenti Aleksandr Lukaşenko ilə yenidən danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə Merkelin sözçüsü özünün “Twitter” hesabında yazıb.

 

Merkel Belarusun Polşa ilə sərhədində qalan miqrantlara BMT və Avropa Komissiyasının yardım göstərməsinə icazə verilməsinin vacibliyini vurğulayıb.

 

“O, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi və Avropa Komissiyasının əməkdaşlığı ilə zərər çəkmiş insanlara humanitar yardım vasitələrinin təqdim edilməsinin zəruriliyini vurğulayıb”, - deyə məlumatda bildirilir.

 

Belarus bildirib ki, tərəflər bu çağırışda “razılaşmaya” gəlib.

 

“Qaçqınlar məsələsini müzakirə etdikdən sonra tərəflər mövcud problemlərin həllində necə hərəkət etmək və daha da irəliləmək barədə müəyyən anlaşmaya gəliblər”, - deyə BelTa dövlət xəbər agentliyi Lukaşenkonun mətbuat xidmətinə istinadən yazır.

 

Luka.enko və Merkel Aİ və Belarus rəsmilərinin mümkün qədər tez danışıqlar aparması barədə razılığa gəliblər.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir