Modern.az

Ali məktəblərə qəbul olan tələbələrin sayı artıb

Ali məktəblərə qəbul olan tələbələrin sayı artıb

18 Noyabr 2021, 10:00

Ötən illə müqayisədə 2021-ci ildə ali təhsilin bakalavriat səviyyəsi üzrə qəbul olanların sayında 1047 nəfər artım olub.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, ali təhsilin magistratura səviyyəsi üzrə elektron ərizə qəbulunda iştirak etmiş bakalavrların sayı isə ötən illə müqayisədə iki dəfədən artıq, yəni 18748 nəfər çox olub. Bu artım 2021-ci ildə magistraturaya qəbul imtahanının bir mərhələ üzrə iki dəfə keçirilməsi ilə izah edilir. Eyni zamanda 9 illik baza üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün əvvəlki illərlə müqayisədə daha çox məzun müraciət edib. Bu onunla izah edilir ki, təhsil haqqında qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, subbakalavrlar öz ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimində imtahan vermədən birbaşa iştirak etmək hüququ əldə etmişlər.

 

Ümumilikdə, bu il ərizə qəbulunda iştirak etmiş şəxslərin sayı ötən illə müqayisədə 32261 nəfər (13.8%) çox, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş şəxslərin sayı isə 4091 nəfər (5.4%) çox olmuşdur.

 

Vətəndaşların nəzərinə çatdırırıq ki, Elektron hökümət portalı (//www.e-gov.az/ və ya //my.gov.az/) üzərindən “Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidmətindən istifadə etməklə ali və orta ixtisas təhsili haqqında məlumatlarına baxa bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?