Modern.az

Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən DANIŞDI

Putin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən DANIŞDI

Qərbi Azərbaycan

18 Noyabr 2021, 17:54

“Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllində Rusiya diplomatiyasının rolu artır”.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən deyib.


Rusiya prezidenti bildirib ki, Ermənistanla Azərbaycan sərhədində baş verənlər regionda vəziyyətin sakitləşmədiyindən xəbər verir. 


“Son hadisələr göstərdi ki, vəziyyətin həlli üçün sülhməramlı missiya lazımdır”,-deyə Putin əlavə edib.

Putinin sözlərinə görə, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunması, nəqliyyat dəhlizlərinin açılması ilə bağlı Baş nazirlərin müavinləri səviyyəsində dövlətlərarası komissiya yaradılıb və bu istiqamətdə iş gedir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?