Modern.az

Ukrayna sərhədçilərinə silahdan istifadə icazəsi

Ukrayna sərhədçilərinə silahdan istifadə icazəsi

Dünya

18 Noyabr 2021, 20:20

Ukrayna parlamentində sərhədçilərə silah və hərbi texnikadan istifadə etməyə icazə verən qanun layihəsi qəbul edilib.

 

Modern.az xəbər verir ki, adıçəkilən qanun layihəsi 450 deputatdan ibarət parlamentdə 271 deputat tərəfindən dəstəklənib.

 

Qanuna əsasən, ölkənin sərhədlərini və suveren hüquqlarını qoruyan Ukrayna Sərhəd Mühafizəsi silah, hərbi texnika və məcburi tədbirlərdən istifadə etmək səlahiyyətinə malikdir.

 

Qeyd edək ki, Belarus-Polşa sərhədində yaşanan gərginlikdən sonra Ukrayna sərhədçilərinin sayını artırmağa qərar verib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı