Modern.az

BMT: “Taliban” İŞİD-i dayandıra bilmir

BMT: “Taliban” İŞİD-i dayandıra bilmir

18 Noyabr 2021, 21:54

Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”ın ölkədə İŞİD-in böyüməsini dayandıra bilməyəcəyi barədə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Debora Lions danışıb.

 

“Əvvəllər bir neçə yerdə və paytaxtda olan İŞİD indi demək olar ki, bütün əyalətlərdədir və getdikcə aktivləşir”, - deyə Lions BMT Təhlükəsizlik Şurasına bildirib.

 

“Taliban”ın İŞİD-lə əlaqəli olduğu ehtimal olunan şəxsləri saxladığına və ya öldürdüyünə diqqət çəkən Lions bildirib ki, hərəkat İŞİD-in Əfqanıstanda böyüməsini dayandıra bilməz.

 

İŞİD-in Əfqanıstanda da hücumlarını artırdığını bildirən Lions keçən il 60-a yaxın hücum təşkil edən təşkilatın bu il 334 hücum təşkil etdiyini bildirib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir