Modern.az

Ərdoğan İsrailin baş naziri ilə də DANIŞDI

Ərdoğan İsrailin baş naziri ilə də DANIŞDI

Dünya

18 Noyabr 2021, 22:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin Baş naziri Naftali Bennet arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin "Jerusalem Post" qəzeti məlumat yayıb.

 

Bennet ötən həftə Türkiyə Prezidentinin iqamətgahının fotosunu çəkdiyinə görə İstanbulda həbs edilən İsrail vətəndaşlarının azad edilməsində göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib.

 

Baş nazir, həmçinin ölkələr arasında humanitar məsələlərdə əməkdaşlıq səviyyəsini müsbət qiymətləndirib.

 

Bu, İsrailin hökumət başçısı ilə Türkiyə lideri arasında 2013-cü ildən bugünədək ilk telefon danışığıdır.

 

Qeyd edək ki, bu gün Ərdoğan İsrail prezidenti ilə də telefonla danışıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür