Modern.az

NATO üzvlərinin hərbi xərcləri 260 mlrd dollar ARTIB

NATO üzvlərinin hərbi xərcləri 260 mlrd dollar ARTIB

Dünya

18 Noyabr 2021, 23:31

NATO-ya üzv dövlətlərin müdafiə xərcləri 2014-cü ildən bu günı kimi ümumilikdə 260 milyard dollar artıb.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İtaliyada keçirilən forumda bildirib.

 

O qeyd edib ki, bütün müttəfiqlərin müdafiə xərcləri artıb. NATO-nun 2021-ci ildə hərbi büdcəsi 1,61 milyard dollar həcmində olub, bu da 2020-ci ilin göstəricilərində 5 faiz çoxdur.

 

Qeyd edək ki, NATO-ya üzv ölkələr qarşıdakı illərdə hərbi xərclərini ÜDM-nin 2%-nə çatdırmağı öz üzərinə götürüblər.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır