Modern.az

Keşişlər üçün moda nümayişi

Keşişlər üçün moda nümayişi

Dünya

18 Noyabr 2021, 23:57

Belçikanın Turne şəhərində katolik keşişlər üçün geyim nümayişi keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

 

Notr-Dam kilsəsində təşkil olunan mərasimdə qiyməti 300 min avroya çata bilən 30 tarixi kostyum təqdim edilib. Ən qədim kostyumun XVII əsrə aid olduğu qeyd olunur.

 

Tədbirdə müxtəlif xalqların keşişlərinin geyimi nümayiş olunub. Könüllü modellər qızılı və gümüşü saplarla işlənmiş geyimləri nümayiş etdirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı