Modern.az

Malkolm İks sui-qəsdində yeni qərarlar

Malkolm İks sui-qəsdində yeni qərarlar

19 Noyabr 2021, 00:15

1965-ci ildə ABŞ-da irqçiliklə mübarizənin aparıcı simalarından olan Malkolm İksi qətlə yetirməkdə təqsirli bilinən Məhəmməd Əziz və Halil İslama qarşı ittihamları və ömürlük həbs cəzalarının ləğv ediləcəyi açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə BBC yazıb.

 

Malkolm İks Nyu-Yorkda keçirilənm mərasim ailəsinin gözü qarşısında öldürülüb. Sui-qəsdlə bağlı Məhəmməd Əziz və Halil İslamdan başqa Tomas Hoqan adlı üçüncü şəxs də ömürlük həbs cəzasına məhkum edilib.

 

“Nation of Islam” siyasi-dini təşkilatının üzvü olan hər üç məhbus sonradan şərti azadlığa buraxılıb. Halil İslam 2009-cu ildə vəfat edib.

 

Manhetten prokuroru sui-qəsddə ittiham olunan Məhəmməd Əziz və Halil İslamın layiq olduqları ədaləti görmədiyini bildirib.

 

"New York Times" qəzetinə verdiyi açıqlamada prokuror qeyd edib ki, Amerika Federal Təhqiqat Bürosu (FTB) və polis şübhəlilərin bəraət alması ilə nəticələnəcək bəzi faktları gizlədib.

 

Prokuror bəyan edib ki, bu hadisə hüquq-mühafizə orqanlarının heç də həmişə üzərinə düşən vəzifələri yerinə yetirmədiyini, Əziz və İslamın layiq olduqları ədalətdən məhrum olduğunu göstərir.

 

Manhetten dairə prokuroru Malkolm İksi qətli ilə bağlı qərarları yenidən nəzərdən keçirmək qərarına gəlib.

 

Məşhur qaradərili fəalın qızları da 1965-ci ildə sui-qəsd zamanı xidmətdə olan, daha sonra ölüm döşəyində olan polis zabitinin yazdığı məktub əsasında yeni araşdırma aparılmasını tələb ediblər.

 

Bu məktubda keçmiş polis FTB və Nyu-York polisini sui-qəsdin bəzi faktları ört-basdır etməkdə ittiham edib.

 

Əsl adı Əl-Həcc Malik Əl-Şabazz olan Malkolm İks irqçiliyin tüğyan etdiyi bir vaxtda ABŞ-da qaradərililərin hüquqları uğrunda mübarizə aparan müsəlman fəal idi. Öldürüləndə onun 39 yaşı var idi.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı