Modern.az

Baydenin sağlam olmadığını düşünənlər ARTIB

Baydenin sağlam olmadığını düşünənlər ARTIB

Dünya

19 Noyabr 2021, 01:03

“Politico/Morning Consult” şirkəti tərəfindən aparılan yeni sorğuda ABŞ Prezidenti Co Baydenin psixi cəhətdən sağlam olduğuna inanan insanların sayında azalma müşahidə edilib.

 

Modern.az “Independent” qəzetinə istinadən xəbər verir ki, noyabrın 13-dən 15-ə qədər keçirilən sorğuda respondetlərin təxminən 46 faizi ABŞ prezidentinin əqli cəhətdən sağlam olduğunu düşünüb, 48 faizi isə bununla razılaşmayıb. 

 

2020-ci ilin oktyabrında keçirilən sorğuda Baydenin sağlam olduğunu düşünən şəxslərin sayı daha çox olub.

 

Sorğuda səs verənlərin təxminən 50 faizi Baydenin ümumi sağlamlığının yaxşı olması ilə razılaşmayıb. tən il keçirilən sorğuda bu göstərici 30%-ə yaxın idi.

 

Bayden hazırda ABŞ-ın indiyə qədər xidmət edən ən yaşlı prezidentidir və onun 2024-cü ildə keçirilən prezident seçkilərində 82 yaşı olacaq. Buna görə Baydenin namizədliyi ilə bağlı spekulyasiyalar artır.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı