Modern.az

İbtidai siniflərin payız tətili başladı

İbtidai siniflərin payız tətili başladı

Təhsil

19 Noyabr 2021, 08:27

Bu gün ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük ümumi təhsil müəssisələrində bir günlük payız tətili olacaq.

 

Modern.az xəbər verir ki, 6 günlük ümumi təhsil müəssisələrində isə bu gün və sabah ibtidai siniflər üzrə dərs olmayacaq.

 

Bundan başqa, ümumi orta (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, 6 günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.

 

Qeyd edək ki, tədris planına əsasən ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətili hesab olunur.

 

Xatırladaq ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunub.

 

Məlumat üçün bildirək ki, pandemiya səbəbindən bu il ölkədə əyani tədris aşağı siniflərdə (I-IV) sentaybrın 22-də, yuxarı siniflərdə (V-XI) isə sentyabrın 29-da başlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu