Modern.az

Sahil Babayevin koronavirusa yoluxması xəbəri yayıldı - Nazirlikdən REAKSİYA

Sahil Babayevin koronavirusa yoluxması xəbəri yayıldı - Nazirlikdən REAKSİYA

19 Noyabr 2021, 08:45

Sosial şəbəkələrdə və bəzi KİV-lərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb.

Xəbərdə qeyd edilib ki, nazir xəstəlik səbəbilə Milli Məclisdə keçirilən büdcə müzakirələrində iştirak edə bilməyib.


Modern.az saytı xəbəri dəqiqləşdirmək üçün nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbovla əlaqə saxlayıb.


F.Talıbov sualın nazirliyin fəaliyyəti  ilə bağlı olmadığını əsas gətirərək, cavab verməyi məqsədəuyğun hesab etmədiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır