Modern.az

İrəvan Bakıdakı əsirlər barədə məlumat yaydı: 1-i yaralı, 12-si salamatdır

İrəvan Bakıdakı əsirlər barədə məlumat yaydı: 1-i yaralı, 12-si salamatdır

Qərbi Azərbaycan

19 Noyabr 2021, 09:26

Ermənistan Müdafiə Nazirliyi Zəngəzurda Azərbaycan tərəfinə əsir düşən 13 erməni hərbçidən 1-nin yaralı olduğunu və hazırda Bakıda hospitala yerləşdirildiyini bəyan edib.  

Modern.az xəbər verir ki, nazirlik bu məlumatı Rusiya Silahlı Qvvələrinin Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradovun Bakı-İrəvan marşuru üzrə uçuşundan sonra yayıb.

Böyük ehtimalla məlumatı erməni tərəfinə Rüstəm Muradov çatdırıb.

“O, elə vəziyyətdədir ki, indi onu daşımaq mümkün deyil və böyük ehtimalla Azərbaycanda əməliyyat olunacaq”,- Ermənistan Müdafiə Nazirliyi yaralı hərbçi barədə bildirib.

 

“Mən bildiyimə görə, bir əsgərin əməliyyat olunması, onun vəziyyətinin stabilləşdirilməsi, daşınması üçün razılıq əldə olunub. Azərbaycan tərəfi Rusiya tərəfinə hərbçini geri qaytaracağına söz verib”, - Ermənistan Müdafiə Nazirliyinin polkovniki Boris Avaqyan deyib.

 

Xatırladaq ki, Rusiya Federasiyası Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov Ermənistan və Azərbaycanla danışıqlar aparıb.

B.Avaqyan qeyd edib ki, Rusiya tərəfinin vasitəçiliyi ilə əsirlər barədə ciddi iş aparılır, Ermənistan bu məsələnin  müsbət yekunlaşacağına ümid edir.

 

“Hazırda təsdiqlənmiş 13 məhbusun vətənə qaytarılması ilə bağlı danışıqlar aparılır, itkin düşən 24 hərbçinin tapılması üçün də ayrıca iş aparılır”, - Avaqyan bildirib.

 

Noyabrın 17-də general-leytenant Rüstəm Muradovun vasitəçiliyi ilə Bakıdan İrəvana Ermənistan-Azərbaycan sərhəddindəki döyüşlər zamanı məhv edilmiş bir hərbçinin cənazəsi aparılıb.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir