Modern.az

Baş Qərargah rəisi barədə siyasi qərar verilib: həbsi gözlənilir

Baş Qərargah rəisi barədə siyasi qərar verilib: həbsi gözlənilir

19 Noyabr 2021, 09:51

Ermənistanın yeni müdafiə naziri Suren Papikyan Silahlı Qüvvələrdəki vəziyyəti öz əlinə almaq və hamını silkələmək üçün kadr axtarışındadır.

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

Məlumatda bildirlir ki, hazılrda Ermənistan Silahlı Qüvvələrinin içində ikitirəlik mövcuddur.

Orduda Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın tərəfdarları ilə baş nazir Nikol Paşinyanın tərəfdarlarının yola getmədiyi bildirilir.

“Joğovurd” qəzeti xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın işdən çıxarılması ilə bağlı siyasi qərar var. Onu əvəz edə biləcək münasib kadr olmadığından yeni təyin olunan nazir S.Papikyan hələ ki tələsmir. Və o, hazırda kadr axtarışı ilə məşğuldur.

Artak Davtyanın dəyişdirilməsinin iki səbəbi var. Əvvəla qeyd edilir ki, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin səviyyəsi və təşkilatçılıq qənaətbəxş deyil, buna görə Artak Davtyanın bilavasitə məsuliyyət daşıdığı bildirilir. Eyni zamanda onun adı bir sıra istintaq materiallarında şahid kimi keçir və yəqin ki, yaxınlarda A.Davtyan təqsirləndirilən şəxs qismində təqdim olunacaq.
 

Qəzet yazır ki, Artak Davtyanın tezliklə həbs olunacağı istisna edilmir.

“Həm də ona görə ki, A. Davtyanın dəyişdirilməsi ilə bağlı siyasi qərar qəbul edilib”.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir