Modern.az

Uşaqların hüquqlarının qorunmasına daha çox çalışmalıyıq

Uşaqların hüquqlarının qorunmasına daha çox çalışmalıyıq

19 Noyabr 2021, 11:30

“Düşünürəm ki, uşaqlarımızın hüquqlarının və sağlamlığının qorunması, eləcə də onların gələcək təhsili üçün əlverişli zəmin yaradılması baxımından səylərimizi daha da artırmalıyıq. Qarabağda qazanılan tarixi Zəfər uşaqların firavan yaşayışının təmin edilməsi baxımından çox əhəmiyyətlidir”.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

 

“Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkil etdiyi Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirildi. Forum çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıqları ilə seçilən uşaqlar əhəmiyyətli mövzular ətrafında aparılan müzakirələrdə yaxından iştirak etdilər”, - nazir vurğulayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?