Modern.az

Zəfər tarixi” növbəti həftələrdən məktəblərə paylanacaq - NAZİR

“Zəfər tarixi” növbəti həftələrdən məktəblərə paylanacaq - NAZİR

19 Noyabr 2021, 12:33

"Artıq "Zəfər tarixi" dərsliyi hazırdır. Bu dərslik əvvəlki illərdə tədris olunan Qarabağ tarixi fakültətiv məşğələsinin ardı kimi tədris ediləcək”.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Zəfər yolu" inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, dərslik növbəti həftələrdən məktəblərə paylanılacaq: "Zəfər Tarixi" bu tədris ilindən bütün məktəblərdə tədris ediləcək. Bu fənn Azərbaycanın təhsil məzmununda özünəməxsus yer tutacaq. Şagirdlər bu dərslik vasitəsilə Zəfərə necə gəlib çatdığımız barədə məlumatlanacaqlar. Bu dərsliyin hər il yenilənməsi nəzərdə tutulur. Çünki Zəfərdən sonra da Azərbaycan yeni zəfərlər qazanır. Azad olunan ərazilərdəki quruculuq işləri də qələbədir.

 

"Zəfər tarixi" dərsliyidəki mövzuların təliminin həmin yerlərdə təşkilini çox vacib hesab edirəm. Bu dərsi keçən hər bir şagird Hərbi Qənimətlər Parkında, işğaldan azad edilmiş ərazilərdə olmalıdır. Tədrisi bu formada təşkil etmək daha düzgündür. Nəinki abstrakt formatda uşaqlara bu bilikləri çatdırmaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi