Modern.az

Erməni deputat Paşinyanı dövlətə xəyanətdə İTTİHAM ETDİ

Erməni deputat Paşinyanı dövlətə xəyanətdə İTTİHAM ETDİ

19 Noyabr 2021, 14:40

“Ermənistanın baş naziri Nikol Paşinyanın Milli Assambleyada verdiyi son bəyanatlar Ermənistan Respublikası Cinayət Məcəlləsinin 299-cu maddəsinin - dövlətə xəyanət əlamətlərinə uyğundur”. 

 

Modern.az xəbər verir ki, bu barədə “Ermənistan” blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan bildirib.

 

Deputatın sözlərinə görə, baş nazir faktiki olaraq Ermənistanı işğalçı ölkə hesab edib:

 

“Bundan başqa, bu şəxs faktiki olaraq Ermənistanın ərazi bütövlüyünü həm istədiyini, həm də manipulyasiya etdiyini, ölkəmizin maraqlarını müdafiə etməyə hazır olmadığını bəyan edib. Sovet Azərbaycanının hüquqlarını tanıyan bu adam, əslində, Azərbaycan-Türkiyə maraqlarına xidmət etdiyini etiraf edir”.

 

Müxalifətçinin fikrincə, mövcud hakimiyyətin hər bir hərəkəti ölkə üçün yeni fəlakətlərə gətirib çıxarır:

 

“Sərhədlərin delimitasiyası və demarkasiyası mövzusu müəyyən əsas prinsiplərə malik olmaya bilməz. Ümumiyyətlə, baş verənlər, itkilərimiz, həlak olanlar, bütün bunlar bu hakimiyyətin xidmət etməyə çalışdığı yalançı sülh düsturudur”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı