Modern.az

Diaspor üzvlərimiz Mayamidə - FOTO

Diaspor üzvlərimiz Mayamidə - FOTO

19 Noyabr 2021, 16:00

Florida ştatının Mayami şəhərində keçirilən Beynəlxalq təhsil həftəsində ölkəmizi Florida Azərbaycanlıları Amerika Mədəniyyət Assosiasiyası təmsil edib.

 

Modern.az xəbər verir ki, Florida Beynəlxalq Universitetinin təşkilatçılığı ilə baş tutan tədbirdə qurulan Azərbaycan guşəsində ölkəmizin Vətən müharibəsində qazandığı qələbəni, qədim tarixini, zəngin mədəniyyətini, mətbəxini, musiqisini və turizm imkanlarını əks etdirən kitablar, jurnallar, videoçarxlar, bannerlər, suvenirlər və milli mətbəx nümunələri nümayiş etdirilib.    

 

Azərbaycanın təqdimatı zamanı Florida Azərbaycanlıları Amerika Mədəniyyət Assosiasiyasının üzvləri Aydın Eminov, Nabat Eminova və digər gənc fəallar tədbir iştirakçılarına Azərbaycanın çoğrafiyası, tarixi-mədəni irsi, turizm potensialı və II Qarabağ savaşının rəmzi olan “Xarı bülbül” çiçəyi barədə ətraflı məlumat veriblər.  

 

Dünyanın bir sıra ölkələrini, o cümlədən İsrail, Braziliya, Kosta-Rika və Mərakeşi təmsil edən tələbələr azərbaycanlı həmkarlarının təqdimatına böyük maraqla yanaşıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI