Modern.az

Avstriyada tam karantin

Avstriyada tam karantin

19 Noyabr 2021, 20:28

Avstriya hökuməti ölkə daxilində tam karantin rejiminə keçəcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bazar ertəsi başlayacaq qapanma ən azı 10 gün davam edəcək.

 

Ölkədə 1 fevral 2022-ci ilə qədər COVID-19-a qarşı peyvənd olunmaq qanuni öhdəliyə çevriləcək.

 

Bu, Avropada bir ilkdir. Əvvəllər yalnız Türkmənistan, İndoneziya və Mikroneziya peyvənd etməyi məcbur etmişdi.

 

Qərbi Avropa ölkələri ilə müqayisədə peyvəndləmə nisbəti aşağı olan Avstriyada son vaxtlar koronavirusun yayılma sürəti artıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır