Modern.az

Ermənistanın diplomatik iflası - Son dayanacaq SÜLHDÜR

Ermənistanın diplomatik iflası - Son dayanacaq SÜLHDÜR

Ölkə

20 Noyabr 2021, 10:00

“Ermənistanın bütün bu təxribatları və avantürası iflasa uğradı. Ordumuz revanşist qüvvələrin cavabını verdi və bir daha göstərdi ki, Azərbaycan regional təhlükəsizliyini təmin edən ölkədir. Bu bir həqiqətdir, heç kim bunu dəyişə bilməz”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

 

T.Zülfüqarov qeyd edib ki, bir ildən sonra da Ermənistan hələ də revanşist və işğalçı siyasətindən əl çəkmir:

 

“Onların müdafiə naziri Azərbaycan ərazisinə gəlir və baş nazirləri Qarabağ siyasətlərini yeni şəraitdə davam edəcəklərini bəyan edir. Yəqin ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanımaq istəmirlər. Deməli, 30 il öncə həyata keçirdikləri siyasəti  indi də davam etmək istəyirlər. Təbii ki, Azərbaycan tamamilə haqlıdır ki, bu cür həmlələrə güc tətbiq edib cavab vermir. Ermənistanın isə masaya oturmaqdan, sülhə imza atmaqdan başqa çıxış yolu yoxdur. Bu, Ermənistanın diplomatik iflasıdır”.

 

 

Politoloq ictimaiyyətin hərbi əməliyyatların, təxribatların hələ də davam etməsindən narahatlıq keçirməsinin anlaşılan olduğunu vurğulayıb:

 

“Məsələ ondan ibarətdir ki, bu cür münaqişələrdə bir tərəf sülh istəsə belə, digər tərəfi istəməsə, uzunmüddətli sülh bərqərar ola bilməz. Sadəcə olaraq indiki mərhələdə həmişə olduğu kimi, Azərbaycan tərəfi bu cür təxribatlara cavab olaraq, hərbi əməliyyatlar həyata keçirir, şəhidlər verir. Şəhidlər bundan öncə də olduğu kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçiblər. Allahdan onların hər birinə rəhmət, ailələrinə səbr diləyirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır