Modern.az

Hərbçimiz Zəngilanda minaya DÜŞDÜ

Hərbçimiz Zəngilanda minaya DÜŞDÜ

Hadisə

20 Noyabr 2021, 10:19

Noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü