Modern.az

Deputat Anar Məmmədov: 220 manat kirayə pulu almamışam

Deputat Anar Məmmədov: 220 manat kirayə pulu almamışam

21 Noyabr 2021, 14:13

Deputat Anar Məmmədov Bakıda kirayədə yaşaması və buna görə Milli Məclis tərəfindən ona 220 manat vəsaitin ayrılması ilə əlaqədar iddialarla bağlı açıqlama verib.

 

Modern.az xəbər verir ki, deputatın sözlərinə görə, məsələnin ona heç bir aidiyyatı yoxdur:

 

"Son zamanlar bəzi saytların yaydığı və həqiqəti əks etdirməyən yazıları təəssüf doğurur. Çünki Bakıda ev kirayəsi üçün Milli Məclis tərəfindən hər hansı bir vəsait almağım barədə yayılan məlumatlar tamamilə əsassızdır və heç bir fakta söykənmir. Mən nə kirayə haqqı alıram, nə də ki, kirayədə qalıram. İndiyədək də kirayə pulu ilə bağlı müraciət etməmişəm və heç bir məvacib də ödənilməyib”.

 

Anar Məmmədov media mənsublarına da səslənərək bildirib:


"Mənim mətbuat nümayəndələrinə çox böyük hörmətim var, lakin hörmətli media nümayəndələrinə araşdırılmamış və reallığı əks etdirməyən yazılar dərc etməmələrini tövsiyə edərdim.

Bizim qarşımızda cənab Prezidentin tapşırıqları və hədəfləri var, xalqımızın dəstəyini görürük, xalq üçün əlimizdən gələni etməyə çalışırıq. Deputat seçildiyim ilk gündən etibarən hər zaman seçicilərimizin yanında olub, şəhid ailələri, aztəminatlı ailələr və qazilərimizin qayğıları ilə maraqlandıq, istər pandemiya, istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də indi Cənab Prezidentin elan etdiyi prioritetlərin həyata keçirilməsində yaxından iştirak edirik. Əsas məsələ şəhid ailələrinin yanında olub, onlara olan mənəvi borcumuzu ödəməkdir. Buna görə də şərəfli və ləyaqətli fəaliyyətimizə kölgə salmadan Daha güclü Azərbaycan naminə yorulmadan və əzmlə dövlətimizə və xalqımıza xidmət göstərməyə davam edirik”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub