Modern.az

O dəhşətləri hələ də yaşayıram - Deqati 

O dəhşətləri hələ də yaşayıram - Deqati 

Mədəni̇yyət

21 Noyabr 2021, 17:58

Dünya şöhrətli fotojurnalist Reza Deqati Ağdamdan çəkdiyi fotoları İnstaqram səhifəsində paylaşıb.


Modern.az
xəbər verir ki, Reza Deqati paylaşımında yazıb:

 

“Çoxsaylı sakini qətlə yetirdikdən, digərlərini heç bir əşya götürmədən ayaqyalın çıxıb getməyə məcbur etdikdən sonra Ermənistan ordusu Ağdamı 1993-cü ildə işğal edib.

 

Onlar evləri, ofisləri, mağazaları, mədəniyyət mərkəzlərini, muzeyləri, ibadət yerlərini talan edib, qapıları, pəncərələri, dam örtüklərini, su borularını iranlı işbazlara və Ermənistanda satıblar.

 

Memar olaraq və dünyada bir çox münaqişə zonalarında qazandığım 40 illik təcrübəmdən irəli gələrək müəyyənləşdirdim ki, bu dağıntılar hərbi proseslərin nəticəsi deyil, məqsədyönlü qarətdir.

 

Çiçəklənən və möhtəşəm Ağdam şəhərinə 1992-ci ilin martında qonşu Xocalı əhalisinin ermənilər tərəfindən törədilmiş qətliamını çəkmək üçün gəlmişdim.

 

28 il sonra - 2020-ci il noyabrın 21-də - şəhərin işğaldan azad edilməsinin səhəri günü buraya yenidən gəldim. Ruhən qəlbimdə o dəhşətləri hələ də yaşayıram. Ümid edirəm ki, bu, bir daha dünyanın heç bir yerində heç vaxt təkrarlanmayacaq”.

 

 


Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir