Modern.az

Maşın bazarındakı bahalaşma ajiotajı - Səbəb nədir?

Maşın bazarındakı bahalaşma ajiotajı - Səbəb nədir?

İqtisadiyyat

22 Noyabr 2021, 16:20

Ölkədə müşahidə olunan bahalaşma maşın bazarından da yan keçməyib.

 

Bəs maşın bazarında qiymət artımının səbəbi nədir?

 

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Modern.az-a maşın bazarındakı son vəziyyəti şərh edərkən deyib ki, qiymətlərə təsir edən amil müəyyən sahələrdə qəbul edilən qərarlardır:

 


“Azərbaycanda maşın bazarında qiymət artımına təsir göstərən amillər müəyyən sahələrlə bağlı qəbul olunan qərarlardır. Bilirik ki, son günlər Azərbaycanda avtomobil bazarı ilə bağlı müəyyən məsələlər müzakirədədir. Bunlardan biri bəzi nəqliyyat vasitələrinin gömrük rüsumlarının artırılması və xüsusi ilə hibrid, elektomobil nəqliyyat vasitələrinin ƏDV-dən azad olunmasıdır. Bu, bəzən gömrük rüsumu ilə səhv salınır”.

 


Ekspertin rəyinə görə, bəzi nəqliyyat vasitələrinin satıcıları əsaslandırmaların tam olmaması və qərarların düzgün anlaşılmaması səbəbi ilə qiymətləri qaldırır:

 


“Bu mənada təbii ki, müəyyən əsaslandırılmaların tam olmaması, qərarların hələ ki düzgün anlaşılmaması təbii ki, ilkin mərhələdə bazarda ajiotaj yaradır. Nəticədə ajiotaj səbəbindən hər kəs düşünür ki, çox qısa müddətdə nəqliyyat vasitələrinin və xüsusi ilə irimühərrikli nəqliyyat vasitələrinin qiymətində fantastik artımlar qeydə alınacaq. Bu səbəbdən bəzi nəqliyyat vasitələrinin satıcıları qiymətləri qaldırırlar. İndiki mərhələdə də bunu müşahidə edirik”. 

 

Ekspert yaxın bir həftə ərzində vəziyyətin aydınlaşacağını, müəyyən bir nəticəyə gəlinəcəyini proqnozlaşdırır:

 

“Hələ ki, tam təhlil edilib, qərar vermək üçün tezdir. Çünki müzakirələr yeni başlayıb. Yəqin ki, yaxın bir həftə ərzində məsələni tam şəkildə təhlil edib, nəticəyə gəlmək olacaq”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir